“KÜR” OLİMPİYA TƏDRİS-İDMAN MƏRKƏZİ YENİDƏN QURULUR
Energetiklər şəhəri Mingəçevirdə gerçəkləşdirilən ən böyük layihələrdən biri MDB məkanında oxşarı olmayan “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (keçmiş “Kür” avarçəkmə bazası) aparılan yenidənqurma işləridir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvarından bazanın köhnə korpuslarında söküntü işlərinin aparımasına başlanılmışdır. Söküntü işləri demək olar ki, yekunlaşmaq üzrədir. Hazırda burada 100-dən artıq işçi çalışır. Sentyabrda kompleksin təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur.
Altı hektar ərazini əhatə edən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində respublika və beynəlxalq miqyaslı avarçəkmə yarışlarının keçirilməsi, yerli və xarici idmançıların təlim məşqlərinin təşkili üçün hər cür şərait yaradılacaqdır. Avarçəkmə bazasında inzibati bina ilə yanaşı, 130 yerlik mehmanxana, üzgüçülük hovuzu, idman zalı, soyunub-geyinmə otaqları, duşxanalar, qayıqların saxlanılması üçün anqarlar, 4 ədəd böyük tennis kortu, idmançılar üçün istirahət güşəsi də inşa olunacaqdır.
Kompleksdə aparılan yenidənqurma işləri ölkə rəhbəri İlham Əliyevin gündəlik nəzarətindədir. Burada aparılan işlərlə yerində tanış olmaq məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avarçəkmə Ferderasiyasının prezidenti Elçin Zeynalov bu ilin yazında Mingəçevirdə olmuşlar.
Həmçinin yaxın vaxtlarda Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun da yenidən qurulmasına başlanacaqdır. Stadionun oturacaqları yeniləşdiriləcək, tribunaları, meydançanın ot örtüyü, soyunub-geyinmə otaqları müasir formada qurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]