Azərbaycan Dövlət İnformasiya Agentliyi

KXDR eyni vaxtda bir neçə müxtəlif məsafəli raket buraxa bilər

Tokio, 19 aprel (AZƏRTAC). Koreya Xalq Demokratik Respublikası (KXDR) “Musudan” tipli ballistik raketin buraxılması uğursuzluqla nəticələnərsə, eyni vaxtda ölkə ərazisindəki müxtəlif meydançalardan bir neçə raketin buraxılışını həyata keçirə bilər.

Bu barədə Renhap agentliyinin Koreya Respublikasının hökumət orqanlarındakı adı açıqlanmayan mənbələrə əsasən yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, mütəxəssislər yaxın zamanlarda əldə edilmiş peyk çəkilişlərinin təhlili zamanı Hamqen-Namdo əyalətində dörd və ya beş nəqliyyat-buraxılış qurğusu (NBQ) aşkar etmişlər. Güman edilir ki, NBQ-lərdən uçuş məsafəsi 300-500 kilometr olan “Skad” və 1,3-1,5 min kilometr olan “Nodon” raketlərinin buraxılması üçün istifadə olunur.

Koreya Respublikasının hökumət nümayəndələrindən gətirilmiş sitatda bildirilir ki, KXDR-in eyni vaxtda həm “Musudan”, həm “Skad”, həm də “Nodon” raketlərini buraxacağının əlamətləri aydın sezilir.

Analitiklər hesab edirlər ki, son zamanlar dəfələrlə sınağı keçirilmiş “Musudan” raketinin buraxılışı uğursuz alınacağı təqdirdə, KXDR bunun əvəzini müxtəlif məsafəli digər raketlərin buraxılışı ilə çıxmağa çalışacaqdır.

KXDR-in yaxın zamanda sınaq məqsədilə ballistik raket buraxacağı barədə məlumatlar aprelin əvvəlində yayılmışdır. Bildirilmişdir ki, KXDR şərq sahilinə iki orta məsafəli “Musudan” raketi yerləşdirmişdir. Güman edilir ki, raketlərin uçuş məsafəsi 3-4 min kilometrə bərabərdir. ABŞ-ın və Koreya Respublikasının kəşfiyyat orqanlarının yaydığı xəbərə görə, raketlər istənilən vaxt buraxıla bilər.

KXDR 2005-ci ildə özünü nüvə ölkəsi elan etmişdir, 2006-cı, 2009-cu və 2012-ci illərdə keçirdiyi yeraltı nüvə sınaqları isə beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanmışdır. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən KXDR-dən nüvə sahəsində fəaliyyəti dayandırmağı tələb edən qətnamə qəbul etmişdir.

Aprelin əvvəllərində KXDR rəhbərliyi Yonbendəki uranın zənginləşdirilməsi müəssisəsində işin bərpa edilməsi barədə planını açıqlamışdır.

 

Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikası:

münaqişə necə başlamışdır?

 

Tarixi mənbələri araşdırsaq məlum olur ki, Koreya yarımadasında hazırkı gərginliyin əsası 1945-ci ildə, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra qoyulmuşdur.

Həmin vaxtadək Koreya Yaponiyanın müstəmləkəsi idi. Yaponiyanın Kvantun ordusunun sovet qoşunları tərəfindən 1945-ci ildə məğlub edilməsi Şimali Koreyanın azad edilməsi ilə nəticələndi. Antihitler koalisiyasında birləşmiş müttəfiqlərin razılığına əsasən, Koreyada yapon ordusunun əsir götürülməsi iki müvəqqəti zonada - 38-ci paraleldən şimalda yerləşən sovet və cənubda yerləşən ABŞ zonasında həyata keçirildi. 1945-ci ilin sentyabrında isə ölkənin cənubuna ABŞ qoşunları çıxarıldı.

ABŞ-ın təşəbbüsü ilə 1947-ci ildə vahid Koreya dövləti yaradılması barədə təklif BMT-nin müzakirəsinə çıxarıldı və burada seçkilərin keçirilməsi barədə qərar qəbul edildi. 1948-ci ilin mayında Cənubi Koreyada parlament seçkiləri keçirildi və avqustun 15-də Koreya Respublikası elan edildi.

Buna cavab olaraq, Şimalda Koreya Ali Xalq Məclisinə seçkilər keçirildi və 1948-ci il sentyabrın 9-da Koreya Xalq Demokratik Respublikası elan edildi.

Müxtəlif ictimai-siyasi quruluşa malik iki ölkə arasındakı hərbi-siyasi ziddiyyətlər 1950-ci ildə müharibənin başlaması ilə nəticələndi.

Münaqişə 1950-ci il iyunun 25-də başlandı. Hərbi əməliyyatlarda Koreya Respublikası tərəfdən ABŞ-ın və digər 15 dövlətin əsgərləri BMT-nin çoxmillətli qüvvələrinin bayrağı altında, KXDR tərəfdən isə SSRİ-nin və Çinin silahlı qüvvələri iştirak edirdi.

1951-ci ilin iyulunda cəbhə xətti 38-ci paralel üzrə, yəni müharibənin başladığı vaxtda olduğu kimi keçirdi. Müharibə mövqe döyüşləri xarakteri almışdı. 1953-cü ilin yazında aydın oldu ki, tərəflərdən birinin qalib gəlməsi həddindən artıq baha başa gələ bilər. 1953-cü il iyulun 27-də atəşkəs haqqında razılaşma imzalandı.

Barışıq haqqında razılığa əsasən, Şimali və Cənubi Koreyanı hərbi-demarkasiya xətti ayırır. İki tərəf arasında ümumi eni 4 kilometr olan demilitrizasiya zonası yerləşir.

Müharibənin sülh müqaviləsinin deyil, barışığın imzalanması ilə başa çatması səbəbindən Koreya yarımadası formal olaraq hələ də müharibə vəziyyətindədir. Barışıq sənədini bir tərəfdən KXDR və Çinin hərbi komandanlığı və digər tərəfdən BMT bayrağı altında ABŞ komandanlığı imzalamışlar.

Şimali Koreya ilə sülh müqaviləsini imzalamaqdan imtina edən ABŞ bu gün Koreya yarımadasının cənubunda 28 min əsgər saxlayır.

1972-ci ilin iyulunda KXDR ilə Koreya Respublikası arasında imzalanmış birgə Bəyanata əsasən birləşmənin əsas prinsipləri müəyyən edilmişdir - müstəqil, xarici qüvvələrə heç bir istinad etmədən; sülh yolu ilə; “böyük milli konsolidasiya” əsasında.

Pxenyan ölkənin birləşməsini konfederasiya ( Koreya Konfederativ Demokratik Respublikası) yaradılması kimi görür. Bu zaman “bir millət, bir dövlət - iki sistem, iki hökumət” formulu əsas götürülür.

1991-ci ildə KXDR və Koreya Respublikası arasında barışıq, hücum etməmək, əməkdaşlıq və mübadilə barədə Saziş imzalanmış, 1992-ci ildə isə Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə birgə bəyanat qəbul edilmişdir.

2000-ci il iyunun 13-15-də Pxenyanda tarixdə ilk koreyalararası sammit keçirilmişdir. Sammitin sonunda iki ölkənin dövlət başçıları tərəfindən Şimal və Cənubun birgə bəyanatı imzalanmışdır. Sənəddə “koreya xalqının öz gücü ilə” ölkənin birləşdirilməsinə nail olmaq elan edilmişdir.

2007-ci il oktyabrın 2-4-də Pxenyanda təşkil edilmiş yüksək səviyyəli ikinci koreyaarası görüşdə dövlət başçıları tərəfindən “Koreyalararası əməkdaşlığın, sülh və əmin-amanlığın inkişaf etdirilməsi barədə Bəyannamə” imzalanmışdır.

Yarımadada vəziyyət KXDR tərəfindən 2006-cı ilin oktyabrında və 2009-cu ilin mayında yeraltı nüvə sınaqlarının keçirilməsindən sonra gərginləşdi. Pxenyanın hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurası 1718 və 1874 nömrəli qətnamələri qəbul etdi. Bu sənədlərdə KXDR-dən nüvə sahəsində fəaliyyətin dayandırılması və Koreya yarımadasının nüvəsizləşdirilməsi danışıqlarına qayıtması tələb edilirdi.

Şimal ilə Cənub arasında dəfələrlə hərbi münaqişə baş vermiş və çoxsaylı insan tələfatı olmuşdur. Bu münaqişələr, eyni zamanda koreyalararası yaxınlaşma prosesini də təhlükə qarşısında qoymuşdur.

Koreya yarımadasında növbəti böhranın başlamasına səbəb isə 2013-cü il fevralın 12-də KXDR tərəfindən üçüncü nüvə sınağının keçirilməsi olmuşdur. Bu sınağa cavab olaraq BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyaları nəzərdə tutan 2095 nömrəli qətnaməni qəbul etmişdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib