Laçın sakini: Sevincimin həddi-hüdudu yoxdur
Bakı, 25 iyul, AZƏRTAC
Nəhayət ki, dədə-baba yurduma qayıdıram. Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur.
Bu sözləri AZƏRTAC-a Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola düşən Nisə İbrahimova deyib.
“Mən gənc yaşlarımda Laçından çıxmışdım. Yenidən həmin yurda dönüb yaxınlarımın məzarını ziyarət edəcəyəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]