Laçınlı gənclər “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyada fəal iştirak ediblər
Ağcabədi, 24 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının gənc fəalları "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının fəal gəncləri aksiya çərçivəsində köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkiblər. Gənclər və könüllülər vətəndaşlara koronovirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya start verilib. Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.