Laçınlılar Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Ağcabədi, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Əvvəlcə “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzülmüş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə Xocalıda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, polis şöbəsinin rəisi Məhəmməd Kərimov, təhsil şöbəsinin işçisi Abuzər Abuzərov və faciənin şahidləri erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri dəhşətli faciədən danışmış, baş verənləri bütün bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayət adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]