Latviya ötən il 4 min ukraynalı hərbçiyə təlim keçib
Bakı, 30 avqust, AZƏRTAC
Ötən il Latviya Aİ-nin Ukrayna üçün təlim missiyası (EUMAM Ukraine) çərçivəsində 4 min ukraynalı hərbçiyə təlim keçib.
AZƏRTAC xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds Aİ müdafiə nazirlərinin görüşünə gələrkən deyib.
Onun sözlərinə görə, EUMAM missiyası bir çox cəhətdən uğurlu olub. 2023-cü ildə Latviya 4 min ukraynalı əsgərə təlim keçib və hazırda onların təlimlərini davam etdirir. Nazir qeyd edib ki Aİ ölkələrinin rəhbərləri missiyanı genişləndirmək və ona əlavə təkan vermək üçün müxtəlif yollar haqqında düşünməlidirlər. Bu cür qərarlar “kollektiv xarakter daşımalıdır”.
Avropa İttifaqının “EUMAM Ukraine” missiyasının iki il əvvəl başlayan mandatı oktyabrda başa çatır və Brüssel onu uzatmaq niyyətindədir. Missiyada 24 Aİ ölkəsi iştirak edir. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Aİ ölkələri indiyədək öz ərazilərində 60 min ukraynalı hərbçiyə təlim keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]