Lənkəran Peşə Liseyində "Yay məktəblərinə peşəkar dəstək" tədbirlərinə start verilib
Lənkəran, 19 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Peşə Liseyində orta ümumtəhsil məktəblərində "Yay məktəblərinə peşəkar dəstək" tədbirlərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqsəd “Yay məktəbi” dövründə təhsil alanları açıq hava şəraitində müxtəlif peşələrlə tanış etmək və təhsil müəssisələrinə dəstək verməkdir.
Bu məqsədlə Lənkəran Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə əsasən şəhərin ümumtəhsil müəssisələrində Lənkəran Peşə Liseyinin “Bitkiçilik”, “Avtomobillərin təmiri çilingəri”, “Çilingər santexnik”, “Çay və sitrus meyvə ustası”, “Əl elektrik qaynaqçısı”, “Xalçaçı” qruplarının mühəndis pedaqoji və tələbə heyəti sərgilər keçirir, “Yay məktəbi” iştirakçılarını bu peşələrin sirləri ilə tanış edir və onların peşəkar bacarıqlarının inkişafına dəstək verirlər.