Lənkəranda “Mitsubishi” və “Volkswagen” toqquşub: iki nəfər xəsarət alıb VİDEO
Lənkəran, 14 sentyabr, AZƏRTAC
Lənkəranda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" ilə "Volkswagen Passat" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində iki nəfər - Lənkəran rayonunun Ləj kənd sakini 1999-cu il təvəllüdlü Tural Asəf oğlu Əzimzadə və Masallı rayonunun Allahyarlı kənd sakini 2006-cı il təvəllüdlü Asim Alim oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev