Lerik rayonunun yüksək dağlıq ərazisində baş vermiş yanğının qarşısı alınıb
Bakı, 23 iyul (AZƏRTAC). İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki Piran kəndində bələdiyyə torpaqlarında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.
Hadisə yerinə cəlb olunmuş ETSN-in və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları əsasən üç istiqamətdə baş vermiş yanğının artıq lokallaşdırılmasına nail olublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyiliyinin 23 A, Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 21-ci dolaylarında və Hirkan Milli Parkının Şirtük adlanan ərazisində qeydə alınıb.
Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]