Leysan yağışla müşayiət olunan güclü külək Ağdam və Tərtər rayonlarına ziyan vurmuşdur
Ağdam, 23 may (AZƏRTAC). Mayın 22-də axşam saatlarında başlayan leysan yağışla müşayiət olunan güclü külək Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrinə ziyan vurmuşdur.
AZƏRTAC xəbər verir ki, Dördyol ərazisində məskunlaşan ağdamlı məcburi köçkünlərə məxsus 3 evin dam örtüyü yararsız vəziyyətə düşmüş, 11 evə, Ergi ərazisində 3 evə, Quzanlı qəsəbəsində 2 evə, həmçinin taxıl zəmilərinə ziyan dəymiş, 10 kv-luq elektrik xətti qırılmış, 20-yə yaxın elektrik dirəyi aşmışdır.
Əsən güclü külək və leysan xarakterli yağış nəticəsində Tərtər rayonunun Azad Qaraqoyunlu, Köçərli, Qaynaq, İsmayılbəyli, Düyərli və Dəmirçilər kəndlərində fərdi yaşayış evlərinin və inzibati binaların 1670 ədəd şifer, 8 kubmetr taxta materialları yararsız hala düşmüş, elektrik təsərrüfatına, telekommunikasiya qovşağına xeyli ziyan dəymişdir.
Rayon fövqəladə hallar komissiyaları tərəfindən təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]