Lionda 2000-dən çox uşaq küçədə yatır
Paris, 29 avqust, AZƏRTAC
Fransada dərs ilinin başlamasına bir neçə gün qalmış UNICEF və Həmrəylik Aktorları Federasiyası “küçədəki uşaqlar” adlı hesabat dərc edib.
AZƏRTAC xəbər verir ki, hesabatda Fransanın Lion şəhərində 2000-dən çox uşağın küçələrdə yatdığı göstərilir. Qeyd olunur ki, uşaqların ən çox küçədə qaldıqları bölgə Overn-Ron-Alpdır.
Lion şəhər rəhbərliyi hamilə qadınlara və üç yaşından kiçik uşaqları olan tənha analara sığınacaq vermək üçün ailələri qəbul etməyə başlasa da, iyulun ortalarından dəstəyi dayandırıb.
Şəhərin rəhbərliyi hökumətlə müzakirələrdə bütün vasitələri sınadıqlarını, ancaq heç bir nəticə əldə edə bilmədiklərini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]