Litvada dövlət qurumlarının saytlarının fəaliyyəti bərpa olunub YENİLƏNİB
Bakı, 21 mart, AZƏRTAC
Litvada Prezidentin, Baş nazirin və nazirliklərin saytlarının fəaliyyəti bərpa olunub.
AZƏRTAC BNS agentliyinə istinadla xəbər verir ki, hazırda dövlət qurumlarının bir çoxunun saytlarına giriş mümkündür.
Litva İnformasiya Cəmiyyətinin İnkişafı Komitəsi haker hücumunu istisna edir. Bildirilir ki, nasazlığın səbəbi avadanlıqlarda baş vermiş texniki problemdir.
01:22
Litvada Prezidentin, Baş nazirin, nazirliklərin və bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problem yaranıb.
AZƏRTAC xəbər verir ki, hazırda saytlara giriş mümkün deyil. Mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar.
Fövqəladə halın Prezidentin saytındakı nasazlıqdan qaynaqlandığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]