Litvada yeni avtomobil bazarında alıcılıq qabiliyyəti 50 faizədək azalıb
Vilnüs, 4 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Litvada 5118 yeni minik avtomobili qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz azdır (9138 ədəd).
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, Litvanın “AutoTyrimai” şirkəti üzrə fevral ayında yeni minik avtomobillərinin qeydiyyatı 42,9 faiz azalaraq 2574-ə enib. Keçən ilin eyni ayında isə 4508 yeni minik avtomobili qeydiyyata alınmışdı.
Ötən ay Litvanın yeni avtomobil bazarında “Fiat” markası liderlik edib (881 ədəd), “Toyota” yenə də ikinci sırada qərarlaşıb (331 ədəd), üçüncü yeri isə “Volkswagen” (243 ədəd) tutub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]