Litvanın müdafiə naziri vəzifəsindən istefa vermək qərarına gəlib
Bakı, 16 mart, AZƏRTAC
Litvanın müdafiə naziri Arvidas Anuşauskas istefa məktubunu Baş nazir İnqrid Simoniteyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin bəyanatında deyilir.
“Baş nazirin müdafiə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət alması faktını təsdiq edirik”, - bəyanatda bildirilib.
Siyasi müstəvidə yayılan söz-söhbətlərə görə Anusauskas Baş nazir ilə fikir ayrılığı səbəbindən vəzifəsindən istefa vermək qərarına gəlib. İddialara görə, Baş nazir Anusauskasın bu həftə səfərdə olduğu ABŞ-da verdiyi açıqlamalardan qəzəblənib. Simonitenin narazılığına tam olaraq nəyin səbəb olduğu bilinmir.
Qeyd olunub ki, müdafiə naziri şənbə günü Litva Prezidentindən görüş istəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]
Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər
- 14.10.2026 [14:33]
SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib
- 14.10.2026 [13:51]