Livanda koronavirusa yoluxanların sayı 59 nəfərə çatıb
Bakı, 11 mart, AZƏRTAC
Livanda koronavirusa səkkiz yeni yoluxma halı qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 59 nəfərə çatıb.
AZƏRTAC Livanın NNA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə departamentinin rəhbəri Valid Ömər bildirib. Məlumata əsasən, yeni yoluxma halları Beyrutun iki xəstəxanasında qeydə alınıb.
Martın 10-da Livanda koronavirusdan ilk ölüm hadisəsi baş verib. Ötən həftə hakimiyyət orqanları ölkədə virusun yayılmasının qarşısının alınması məqsədilə kinoteatrları, muzeyləri, idman zallarını bağlayıb və konfransları ləğv edib. Həmçinin bu səbəbdən təhsil müəssisələrində məşğələlər dayandırılıb. Quru sərhədlərində Livana daxil olanları yoxlamadan keçirmək üçün mütəxəssislər qrupu fəaliyyətə başlayıb.
Qeyd edək ki, dünyada artıq 100 mindən çox insan yeni koronavirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyə qədər 4 minə yaxın insan həyatını itirib. Koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronavirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]