LONDONDA TURİZM SAHƏSİNDƏ AZƏRBAYCAN- BRİTANİYA ƏLAQƏLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin Böyük Britaniyaya səfəri çərçivəsində ölkəmizin Londondakı səfirliyində “Azərbaycanın turizm sənayesində işgüzar imkanlar” mövzusunda seminar keçirilmişdir. Seminar bu sahədə Azərbaycan-Britaniya əlaqələrinin inkişafına perspektivlərinə həsr olunmuşdu. Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Britaniya turizm şurasının başçısı Devid Kvombinin sədrliyi və ölkənin turizm təşkilatları, aviaşirkətləri, bank sektoru nümayəndələrinin iştirakı ilə keçən seminarda Əbülfəz Qarayev Azərbaycanın tarixi-memarlıq abidələri, füsünkar təbiəti, istirahət zonaları, əyləncə mərkəzləri barədə geniş məlumat vermişdir.
O, britaniyalı həmkarı Kim Houlsla görüşmüş, onu Azərbaycana dəvət etmişdir. Əbülfəz Qarayev İngiltərə-Azərbaycan cəmiyyətinin sədri Koun Kansil ilə də görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]