RƏSMİ XRONİKA
MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LASLO ŞOYOMA
Hörmətli cənab Prezident,
Milli bayramınız - Macarıstan Respublikasının elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Macarıstan münasibətlərinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 oktyabr 2007-ci il.