Macarıstan Serbiyanın Aİ-yə daxil olmasında maraqlıdır
Budapeşt, 15 iyun, AZƏRTAC
Macarıstanın xarici siyasət idarəsinin rəhbəri Peter Siyarto bildirib ki, Serbiyanın Avropa dövlətləri birliyinə daxil olması barədə bu ölkə ilə Aİ arasında danışıqlarda fasilə yaranmamalıdır. Nazir bu istiqamətdə yeniliklər olmamasını zarafatla “qəbuledilməz hal” adlandıraraq vurğulayıb ki, hazırda əlaqələr yüksək səviyyədədir və bu, onun ölkəsini sevindirir.
AZƏRTAC xəbər verir ki, Siyarto Belqrada səfəri zamanı Serbiyanın Baş naziri Ana Brnabiç və Avropaya inteqrasiya naziri Yadranka Yoksimoviç ilə görüşdən dərhal sonra bu bəyanatı səsləndirib.
Macar nazir daha sonra bildirib ki, Serbiyanın Aİ-yə daxil olması barədə danışıqların uğurla nəticələnməsi şansı yüksəkdir. O, ümidvar olduğunu bildirib ki, cari ilin ikinci yarısında Sloveniya Aİ Şurasında sədrliyi qəbul edəndən sonra bu proses sürətlənəcək, çünki Lyublyana Aİ-nin Balkanlar istiqamətində genişlənməsini açıq-aşkar dəstəkləyir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]