Macarıstanda daxili turizm daha populyardır
Budapeşt, 27 may, AZƏRTAC
Macarıstanın Otellər Assosiasiyası tərəfindən bu günlərdə aparılan ictimai rəy sorğusu macar cəmiyyətinin bundan əvvəl üstünlük verdikləri dəyərləri təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, ötən illərdə olduğu kimi bu ölkədən olan istirahət edənlər arasında daxili turizm bu il də çox populyardır. Sorğu göstərib ki, məzuniyyəti evdə keçirmək istəməyən macarların yarısından çoxu məhdudiyyətlərin ləğvindən sonra ölkədən kənara çıxmayacaq və Macarıstanda yerləşən otellərdə istirahət edəcək. Ötən il pandemiya ilə bağlı risklər səbəbindən hər ikinci respondent xarici ölkədə istirahət əvəzinə daxili turizmi seçmək qərarı verib. Görünür, bu meyil bu il də dəyişməyəcək. Koronavirus böhranı ilə bağlı məhdudiyyətlər götürüldükdən sonra bu göstərici 60 faiz artıb. Onların yarısı məzuniyyətini Balaton gölü ətrafında, 20 faizi isə termal su kurortlarında keçirməyi planlaşdırır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]