Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək
Bakı, 11 may, AZƏRTAC
Maltanın Baş naziri Jozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşərkən Mərkəzin fəaliyyəti, reallaşan layihələr, eləcə də qarşıda duran vəzifələr, gələcək planlar müzakirə olunub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Malta hökumətinin dəstəyi ilə keçiriləcək layihələr geniş müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta Baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib.
Maltanın Baş naziri Jozef Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. Jozef Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]