Mariya Zaxarova: Biz Qarabağda sabitliyin möhkəmləndirilməsi üçün nə lazımdırsa edirik
Moskva, 25 noyabr, AZƏRTAC
Moskva Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün hər cür səy göstərir.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada keçirdiyi brifinqdə bəyan edib.
Diplomat vurğulayıb: “Deyə bilərəm ki, regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün nə lazımdırsa edirik. Əlbəttə, hazırda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də diqqət mərkəzindədir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva