Maykl Duqlas Karlovı Varı Beynəlxalq Kinofestivalına gələcək

Praqa, 13 iyun, AZƏRTAC
Amerikalı aktyor və iki “Oskar” mükafatının laureatı Maykl Duqlas rejissor Miloş Formanın rəqəmsal formatda restavrasiya olunmuş “Ququ quşu yuvası üzərindən uçarkən” filminin çəkilməsinin 50 illiyi münasibətilə bu il Karlovı Varı Beynəlxalq Kinofestivalında iştirak edəcək. Forman 1968-ci ildə Varşava Müqaviləsi qoşunlarının Çexoslovakiyaya müdaxiləsindən sonra ABŞ-a mühacirət etmişdi.
AZƏRTAC xəbər verir ki, 1975-ci ildə “Ən yaxşı film” nominasiyasında “Oskar” qazanan bu ekran əsərinin prodüserlərindən biri kimi Maykl Duqlas bu filmi prodüser Sol Zentsin qardaşıoğlu, prodüser Pol Zaul Zents, eləcə də Miloş Formanın ailə üzvləri ilə birlikdə “Návraty k pramenům” (“Kökə dönüş”) bölməsində təqdim edəcək.
Maykl Duqlas 1998-ci ildə də Karlovı Varı Kinofestivalının qonağı olub və o zaman Sol Zents kimi “Xrustal qlobus” mükafatına layiq görülüb. Prodüser Zents Miloş Formanla “Amadey” və “Qoyyanın kabusları” filmlərində də sıx əməkdaşlıq edib. “Ququ quşunun yuvası üzərindən uçarkən” filmi “Oskar” tarixində beş əsas nominasiyada qalib gələn ikinci ekran əsəri kimi kino salnaməsinə düşüb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.07.2025 [12:35]
"Bulvarda kino axşamı" adlı yeni layihəyə start verilir
- 14.07.2025 [12:20]
Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 14.07.2025 [11:13]
Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 14.07.2025 [10:52]
Bu ilin ilk 6 ayında kinoteatrlarda 15-dən çox yerli film nümayiş olunub
- 14.07.2025 [10:43]
Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olunub
- 14.07.2025 [04:28]
Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 14.07.2025 [00:09]
Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var
- 13.07.2025 [16:18]