MDB ölkələri Penitensiar Xidmət Rəhbərləri Şurası yaradılıb
Minsk, 17 may, AZƏRTAC
Milli hüquq internet portalında MDB iştirakçı dövlətlərinin Penitensiar Xidmət Rəhbərləri Şurasının yaradılması haqqında Saziş dərc edilib.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Şuranın əsas fəaliyyət istiqamətləri MDB iştirakçı dövlətlərinin penitensiar sahədə əlaqələrinin prioritet istiqamətlərinin müəyyən edilməsindən; penitensiar və digər əlaqədar milli xidmət və idarələrin fəaliyyətinin əlaqələndirilməsindən; penitensiar sahədə dövlətlərarası və hökumətlərarası qərarların həyata keçirilməsinə kömək göstərilməsindən ibarətdir.
Şuranın əsas funksiyalarına dövlət penitensiar xidmətlərinin birgə fəaliyyətinin prioritet istiqamətləri üzrə məqsədli proqramların işlənib hazırlanması, penitensiar qanunvericiliyin uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması, Şuranın səlahiyyətlərinə daxil olan məsələlər üzrə MDB iştirakçı dövlətlərinin müvafiq orqanları, sahə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və ictimai birliklərlə əlaqələrin həyata keçirilməsi aiddir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk