Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində qabaqlayıcı tədbirlər təşkil edilib
Bakı, 13 mart, AZƏRTAC
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirlər Mədəniyyət Nazirliyinin 6 mart 2020-ci il tarixli əmri ilə təsdiq olunmuş “Koronavirus (COVID-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” əsasında həyata keçirilib.
Dezinfeksiya müvafiq qurumlardan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.