MƏHKƏMƏ SABİQ QUBERNATORUN HƏBSƏ ALINMASI BARƏDƏ QƏRAR ÇIXARMIŞDIR
Tbilisi prokurorluğu məhkəmənin həmin qərarı əsasında Mamaladzenin barəsində axtarış elan etmişdir.
A.Aladaşvili bildirmişdir ki, Mamaladzeyə qarşı qaldırılan işdə onun təqsirini təsdiqləyən cinayət tərkibi yoxdur.
Mamaladzeyə qarşı cinayət işi əcnəbi biznesmen Cai Panditisdən 35 min ABŞ dolları dəyərində “Şevrolet qleyzer” markalı avtomobilin zorla alınması, vəzifəsindən sui-istifadə, Marneuli dağ-mədən kombinatındakı hüquq pozuntuları ilə əlaqədar qaldırılmışdır. Mamaladzenin sözlərinə görə, o, həmin avtomobili satın almış və arvadının adına qeydiyyatdan keçirmişdir.
L.Mamaladzenin barəsində Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi üzrə cinayət işi qaldırılmışdır. Əgər o, həbs olunarsa, sabiq qubernatoru 8 ildən 15 ilədək həbs cəzası gözləyir.