Mehmanxana əməkdaşları üçün kurslar təşkil olunacaqdır
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 22-dən 31-dək Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında mövcud əməkdaşlığa əsasən qardaş ölkənin turizm mütəxəssisləri ölkəmizdə fəaliyyət göstərən mehmanxana əməkdaşları üçün təlim-tədris kursları keçəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə təşkil edilən kurslar mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməlik, masa xidmətləri ixtisasları üzrə aparılacaqdır.
Azərbaycan Turizm İnstitutunda təşkil ediləcək təlim-tədris məşğələlərini Türkiyədən gəlmiş peşəkar mehmanxana mütəxəssisləri aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]