Meksikada təyyarə qəzaya uğrayıb: üç nəfər itkin düşüb
Bakı, 30 iyul, AZƏRTAC
Meksikanın Verakruz Beynəlxalq Hava Limanından havaya qalxan kiçik “Cessna 650” təyyarəsi az sonra Meksika körfəzi üzərində itib. Ərazinin yaxınlığında olan şəxslər təyyarənin dənizə düşdüyü barədə hava limanının rəhbərliyinə məlumat veriblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə şahidləri təyyarənin dənizə düşdüyünü təsdiqləyib və təyyarədə olan 2 pilot və 1 sərnişinin itkin düşdüyü bildirilib.
Axtarış-xilasetmə işləri davam edir.
Hadisənin səbəbi hələ müəyyən edilməsə də, təyyarənin özəl xidmət göstərdiyi və adətən iş adamları tərəfindən icarəyə götürüldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]