Məktəblərdə “Məhəmməd Füzuli ayı”na start verilib
Bakı, 3 aprel, AZƏRTAC
“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar aprel ayı ərzində Məktəblərdə “Məhəmməd Füzuli ayı” layihəsinə start verilir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.
Layihə çərçivəsində ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlərin təşkili, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, may ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]