MƏKTƏBLİ RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, T.İsmayılov adına “Uşaq dünyası” qalereyasında Bakıdakı 289 nömrəli “Zəngi” litseyinin VII sinif şagirdi Asif Paşayevin fərdi yaradıcılıq sərgisi açılmışdır.
Sərgidə məktəbli rəssamın akvarel, yağlı boya və karandaşla işlənmiş 40-a yaxın əl işi nümayiş etdirilir. Bunların arasında “Əbədiyaşar prezidentim”, “Yazın nəfəsi”, “Mənim müəllimim”, “Naməlum qadın” tamaşaçıların diqqətini daha çox cəlb edir.
Sərgidə çıxış edənlər böyük sənətə aparan yolda balaca rəssama uğurlar arzulamış, ona dəyərli məsləhətlər vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]