Məleykə Abbaszadə: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərlə bağlı nazirliyə müraciət etmişik VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Marker (ekspert qiymətləndirici) kimi fəaliyyət göstərmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan təlimlərə müəllimlərin qoşulmasına çağırış etmişdim. Məqsəd markerlərin sayını artırmaqdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesindən uğurla keçənlər arasında fənlər üzrə ən yüksək nəticə göstərənləri təlimlərə cəlb etmək üçün Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanıb.
DİM rəhbəri prioritetin yüksək nəticə göstərən müəllimlər olduğunu vurğulayıb: “Müraciətdə sertifikasiya imtahanlarında fənlər üzrə ən yüksək nəticə əldə edən müəllimlərin siyahısının bizə təqdim olunması xahiş edilib. Bu siyahı əsasında həmin müəllimləri marker təlimlərinə cəlb edəcəyik. Bizim üçün vacibdir ki, həmin müəllimlər öz fənlərindən 90 faizdən yuxarı nəticə göstərsinlər. Belə müəllimlərin sayı kifayət qədər deyil”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [18:09]
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib
- 04.02.2026 [17:44]
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb
- 04.02.2026 [17:15]
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub
- 04.02.2026 [17:09]
WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
- 04.02.2026 [16:44]
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
- 04.02.2026 [16:16]