“Meltvater” turniri: Yarışların birinci günündə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov uğurla çıxış ediblər
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin birinci yarış günündə 5 turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk gününün oyunlarında hər iki şahmatçımız uğurla çıxış edib. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunda rusiyalı Daniil Dubov və amerikalı Hikaru Nakamura ilə heç-heçə edib. Dördüncü turda niderlandlı Yorden Van Forest üzərində qələbə qazanan şahmatçımız, yalnız sonuncu oyunda - fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşmada məğlub olub.
Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turda Niderland təmsilçisi Aniş Giri, argentinalı Alan Piçot, amerikalı Uesli So, ermənistanlı Levon Aronyanla qarşılaşmalarını heç-heçə başa vurub. Şahmatçımız son oyunda rusiyalı Daniil Dubovu məğlub edib.
Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.
Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]