Mərakeş yığması Xorvatiya ilə oyuna ciddi itki ilə çıxacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Futbol üzrə Mərakeş yığması Qətərdə keçirilən dünya çempionatında üçüncü yer uğrunda matçda Xorvatiya ilə qarşılaşacaq. Afrika təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq.
AZƏRTAC “L'Equipe” nəşrinə istinadla xəbər verir ki, müdafiəçi Romen Saiss zədə səbəbindən vacib oyunda komandasına kömək edə bilməyəcək. Yığmanın kapitanı Fransa millisi ilə yarımfinal qarşılaşmasında (0:2) zədələnərək meydanı tərk etmişdi.
Bu gün “Xəlifə” stadionunda keçiriləcək Xorvatiya - Mərakeş qarşılaşması Bakı vaxtilə saat 19:00-da başlayacaq. Matçı qətərli FIFA referisi Əbdulrəhman Əl-Cassim idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]