“MERSİ KORPUS” ÖLKƏMİZİN CƏNUB BÖLGƏSİNDƏ “UŞAQ QURTULUŞU” LAYİHƏSİNİ HƏYATA KEÇİRİR
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Azərbaycana Humanitar Yardım Proqramı çərçivəsində qeyri-dövlət humanitar təşkilatı olan “Mersi Korpus” respublikamızın cənub bölgəsinin 3 rayonunda - Masallı, Yardımlı və Lerik rayonlarında “Uşaq qurtuluşu” layihəsini həyata keçirir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 il müddətinə nəzərdə tutulan layihənin həyata keçirilməsindən əsas məqsəd ana və uşaqların sağlamlığını qorumaq üçün səhiyyə işçilərinin və qadınların tibbi biliklərini artırmaq, icmalarda çatışmayan tibbi xidmətləri təşkil etmək və sağlamlığa qayğı sistemində lazımi dəyişikliklər aparılmasında əhalinin rəyini öyrənməkdir.
“Uşaq qurtuluşu” layihəsi çərçivəsində Lerik rayonunda uşaqlar arasında peyvənd aparılması ilə əlaqədar ikigünlük seminar-məşğələ keçirilmişdir. Seminar-məşğələdə rayonun həkim və orta tibb işçiləri iştirak etmişlər.
Layihəni rayonun 40 kəndində həyata keçirmək nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]