Messi antik avtomobilə sahib olub
Bakı, 10 fevral, AZƏRTAC
“Barselona”nın forvardı Lionel Messi dünyanın ən bahalı avtomobilinin sahibi olub.
AZƏRTAC “bleacherreport” portalına istinadla xəbər verir ki, argentinalı ulduz “Ferrari 335 S Spider Scaglietti” markalı antik avtomobil alıb. 1957-ci il istehsalı olan yarış maşını Parisdə hərraca çıxarılıb. Messi avtomobil üçün ən yüksək məbləği təklif edib və 32 milyon avroya maşını almağa müvəffəq olub. Maraqlıdır ki, argentinalının yaşıl meydanlardakı ən böyük rəqibi Kriştianu Ronaldo da eyni hərracda iştirak edib.
Sözügedən “Ferrari” Messinin sahib olduğu üçüncü avtomobildir. Bununla yanaşı, onun kolleksiyasında “Maserati GT Stradale” və “Audi R8 Spyder” avtomobilləri də var. Bu iki avtomobilin ümumi dəyəri isə 517 min avro civarında ölçülür.
Qeyd edək ki, ingiltərəli pilot Sterlinq Moss 1958-ci ildə “Ferrari 335 S Spider Scaglietti” ilə Formula-1 yarışının Kuba Qran-prisinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]