MƏTBUAT KONFRANSINDA ƏLDƏ EDİLMİŞ UĞURLARDAN VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRDƏN DANIŞILMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 26-da AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və departament rəislərinin iştirakı ilə 2007-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Konfransda 2008-ci ildə ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək hakimlərə FİFA referisi və referi köməkçiləri dərəcələri verilmişdir.
Konfransda jurnalistlərin suallarını cavablandıran Elxan Məmmədov bildirmişdir ki, AFFA-ya baş katib təyin olunduğu müddətdə yığmamız iki yoxlama, dörd rəsmi görüşdə iştirak etmişdir. Nöqsanlarımız var və biz bundan nəticə çıxarmağa çalışacağıq.
Natiq demişdir ki, bir çox ölkələrə müraciət edərək ən yüksək səviyyəli hakimləri Azərbaycana dəvət edirik. Bu təşəbbüs artıq öz bəhrəsini vermişdir. Onlar burada müxtəlif seminarlar keçirərək hakimlərimizə yüksək təcrübəni mənimsədirlər. Növbəti ildə zəngin təcrübəyə malik və adlı-sanlı hakim, indi isə hakim-inspektor olan bir şəxs ölkəmizə gələcəkdir. Bundan əlavə, gənc hakimləri ölkə xaricində keçiriləcək müxtəlif seminarlara göndərəcəyik.
Bildirilmişdir ki, dekabrın 30-da saat 15:00-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçiriləcəkdir. İclasda AFFA-nın nizamnaməsinə nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]