Metodist olmaq istəyənlərin nəzərinə
Bakı, 23 avqust, AZƏRTAC
Təhsil İnstitutu metodist hazırlığı üçün yenidən seçim elan edib. Hazırlanacaq metodistlərin ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərmələri planlaşdırılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ölkənin müxtəlif regionlarından olan və peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri qoşula bilərlər. Metodist olmaq üçün müraciət etmək istəyən namizədlərdən pedaqoji təhsil, ən azı 5 illik pedaqoji təcrübə, sertifikasiya balı (51 baldan yuxarı), İKT və xarici dil üzrə bilik və bacarıqlar tələb olunur. Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən keçən şəxslər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.
Müraciətlər avqustun 25-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]