“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır
Bakı, 5 mart, AZƏRTAC
“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, jurnalistlər “Microsoft”un dəstək xidmətinin nümayəndələrinin müraciətinə diqqət yetiriblər. Müraciətdə deyilir ki, “Windows” əməliyyat sistemi üçün yeni yeniləmə paketinin quraşdırılmasından sonra “Edge” brauzerinin köhnə versiyası sistemdən silinəcək. Aprelin 13-dən yayılmağa başlanacaq yeniləmənin quraşdırılmasından sonra artıq “Edge” brauzerinin klassik versiyasından istifadə etmək mümkün olmayacaq.
Həmçinin korporasiyanın nümayəndələri brauzerin klassik versiyasına dəstəyin dayandırılacağı müddəti açıqlayıblar. Martın 9-dan etibarən brauzer təhlükəsizlik yeniləmələri daxil olmaqla yeniləmələr almayacaq.
Yeni “Edge” brauzeri daha yaxşı təhlükəsizliyi və “Microsoft”un ekosistemi ilə uyğunluğu təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]