Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub
Bakı, 27 mart, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi koronavirus (COVID-19) epidemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muzeyin kollektivi, eləcə də onun Xaqani Şirvani adına Aran regional filialı, Xurşidbanu Natavan adına Qarabağ filialı və Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin əməkdaşları aylıq əməkhaqqlarının bir hissəsini könüllü şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Qeyd edək ki, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]