Milli İncəsənət Muzeyində “Xalqın hikməti, elin sənəti” adlı sərgi açılacaq
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Xalqın hikməti, elin sənəti” adlı sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Sərdarlar ailəsinin - Lalə Sərdarlı, Toğrul Sərdarlı, İsgəndər Sərdarlının ərsəyə gətirdiyi bir-birindən maraqlı, incə zövqlə işlənmiş sandıq və sandıqçaları, mücrüləri, eləcə də müxtəlif zərgərlik inciləri nümayiş olunacaq. Həmçinin, ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından zəngin ornamentli xovlu və xovsuz xalçalar, nəfis bədii tikmələr təqdim olunacaq.
Zərgərliklə tətbiqi sənəti sintezləşdirən ailənin əl işləri milli koloriti və orijinallığı ilə göz oxşayır. Ailə unudulmuş tətbiqi sənət nümunələrinin yenidən bugünümüzə yeni məzmun və formatda qayıdışına töhfə verən sənətkarlar kimi qəbul edilirlər. Azərbaycan Rəssamlar İttifaqının üzv olan Sərdarlılar ailəsi hazırda Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi ərazilərində formalaşmış mədəni irsin öyrənilməsi, təbliğ edilməsi yolunda yeni əsərlər yaradırlar.
Hazırda Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrin tanınmış, nüfuzlu şəxslərinin kolleksiyalarında Sərdarlılar ailəsinin əsərləri saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]