Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə 2022-ci il büdcə zərfindəki məsələlərin ikinci oxunuşda müzakirəsi başa çatıb

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə büdcə zərfinin ikinci oxunuşda müzakirə olunduğu parlamentin plenar iclası hökumət üzvlərinin iştirakı ilə işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, iclasda müzakirə edilən qanun layihələrinə ikinci oxunuşun prosedur qaydalarına uyğun surətdə baxılıb. Məsələlər barədə təqdimatlar dinlənildikdən sonra həmin qanun layihələrinin müzakirə olunduğu digər komitələrin də rəyi öyrənilib.

Gündəlikdəki 4-cü məsələ - “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılması nəzərdə tutulur.

Müzakirə zamanı deputat Etibar Əliyev qanun layihəsinə dair rəyini və təkliflərini diqqətə çatdırıb. İclasda “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisdə “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini (ikinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, 2022-ci ildə ehtiyac meyarı 200 manat məbləğində müəyyən olunub. Bu, cari ildəkinə nisbətən 30 manat və ya 17,6 faiz artım deməkdir.

Təqdimatdan sonra ehtiyac meyarının həddi haqqında qanun layihəsi ikinci oxunuşda dəstəklənib.

Plenar iclasda büdcə zərfindəki növbəti qanun layihəsini şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik (ikinci oxunuş) vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi daşıyır. Məlumat verib ki, bu qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflər müvafiq qurumlarla birlikdə baxılıb, təkliflərin əksəriyyəti müvafiq qaydada nəzərə alınıb və hazırkı layihədə öz əksini tapıb.

Komitə sədri həmin dəyişikliklər barədə parlamentə ətraflı məlumat verdikdən sonra müzakirələr başlanıb. Deputatlar Eldar Quliyevin və Siyavuş Novruzovun fikirləri dinlənilib. Məsələ səsə qoyulub və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

“İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş) qanun layihəsini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyin növbəti 10 məsələsi Vergi Məcəlləsində edilən dəyişikliyə uyğunlaşdırma xarakteri daşıyır, İnzibati Xətalar Məcəlləsində isə həmin dəyişiklikdən irəli gələn inzibati məsuliyyət nəzərdə tutulur.

Deputatlar İnzibati Xətalar Məcəlləsindəki bu dəyişikliyə ikinci oxunuşda müsbət münasibət bildiriblər.

İclasda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsi barədə komitə sədri Tahir Mirkişilinin məlumatı dinlənilib. Müzakirələrdə deputatlar Razi Nurullayev, Siyavuş Novruzov, Kamran Bayramov, Fazil Mustafa və Hikmət Məmmədov rəy və təkliflərini bildiriblər.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışlarda səslənən bəzi təkliflərlə əlaqədar arayış verib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra gündəlikdəki növbəti məsələni təqdim edən Milli Məclisin sədrinin müavini, komitə sədri Əli Hüseynli nəzərə çatdırıb ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə vəkillik fəaliyyəti üzrə vergitutma məsələsini dəqiqləşdirir. Birinci oxunuş zamanı deputatlar da bu sənədi pozitiv layihə kimi dəyərləndiriblər.

İclasda deputat Bəhruz Məhərrəmovun layihəyə dair təklifləri dinlənilib. Parlament bu qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Milli Məclisdə “Sosial sığorta haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə komitə sədrləri Musa Quliyev, Əli Hüseynli və Tahir Mirkişilinin təqdimatları dinlənilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verən komitə sədri Tahir Mirkişili bildirib ki, dəyişiklik qanunun 3.4-cü maddəsinə 5 yeni maddənin əlavə olunması ilə əlaqədardır. Birinci oxunuş zamanı deputat Qüdrət Həsənquliyevin həmin maddələrə dair iradları nəzərə alınıb və qanuna yeni redaksiya verilib. Deputatlara təqdim olunmuş yeni layihədə həmin məsələ öz əksini tapıb.

Parlament səsvermə zamanı bu qanunu da ikinci oxunuşda dəstəkləyib.

İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsinə dair layihənin təqdimatından sonra deputat Sabir Rüstəmxanlının fikirləri dinlənilib. Səsvermə zamanı qanun layihəsi ikinci oxunuşda razılıqla qarşılanıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini təqdim edib.

Layihə ikinci oxunuşda qəbul olunub.

Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni şərh edən Milli Məclisin sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu və gündəlikdəki növbəti 5 qanun layihəsi sığorta məsələlərinə həsr olunub. Qanun layihələri faktiki olaraq deputatların, hərbçilərin, hakimlərin, hüquq-mühafizə orqanları işçilərinin, diplomatların dövlət icbari şəxsi sığorta məsələlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentdə ikinci oxunuşda qəbul olunub.

İclasda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda edilən dəyişiklikdən danışan Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, əsas məqsəd hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsidir.

Təqdimatdan sonra layihə ikinci oxunuşda qəbul edilib.

Deputatlar “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda, həmçinin “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinə də ikinci oxunuşda müsbət münasibət bildiriblər.

Plenar iclasda “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.

Müzakirədə qanun layihəsinə münasibət bildirən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diplomatların icbari şəxsi sığortasının vacibliyindən danışıb, 44 günlük Vətən müharibəsindən sonra onların öhdəsinə çox böyük vəzifələr düşdüyünü qeyd edib, xarici ölkələrdə Azərbaycanın milli maraqlarının qorunması sahəsində operativ fəallıq göstərmələrinin, Milli Məclisin deputatları ilə sıx əməkdaşlıq etmələrinin zərurətini vurğulayıb.

Çıxışa münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, hazırda Milli Məclis ilə Xarici İşlər Nazirliyi arasında mütəmadi əlaqələr var və sıx əməkdaşlıq şəraitində ciddi iş aparılır.

Fikir mübadiləsinin yekununda sözügedən qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” məsələlər barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib. Həmin qanun layihələri növbəti iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə səsə qoyulacaq.

Bununla da Milli Məclis gündəlikdəki qanun layihələrinin ikinci oxunuşda müzakirəsini başa çatdırıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir