MİLLİ MƏCLİSİN BƏYANATI İKT ÖLKƏLƏRİNƏ ÇATDIRILMIŞDIR
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, İsveçrə parlamentinin qondarma “erməni soyqırımı”nı tanınması ilə bağlı Azərbaycan Milli Məclisinin bəyanatı İslam Konfransı Təşkilatının Baş Katibliyinə, İslam İnformasiya Agentliyinə, Fars körfəzi ölkələrinin informasiya agentliklərinə, Səudiyyə Ərəbistanının mətbuat orqanlarına göndərmişdir.
İKT-nin Baş Katibliyindən səfirliyə bildirmişlər ki, bəyanat təmimi məktubla təşkilatın üzvü olan 57 dövlətə çatdırılmışdır.