MİLLİ MƏCLİSİN DEPUTATI ABŞ-DA SƏFƏRDƏDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Vaşinqtonda Amerika Türk Assosiasiyaları Assambleyasının XXIV qurultayı öz işinə başlamışdır. Tədbirdə Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edir.
Qurultaydan sonra Nyu-Yorkda yaşayan soydaşlarımızın təşəbbüsü ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçiriləcəkdir. Mərasimdə parlamentin deputatı Rafael Hüseynov “Heydər Əliyev ucalığı” mövzusunda çıxış edəcəkdir.
Səfər fevralın 4-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]