Milli Məclisin deputatı Qazaxıstanda keçirilən beynəlxalq forumda iştirak edir
Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada “Yeniləşən Qazaxıstan yeni dünyada” adlı Beynəlxalq forum öz işinə başlamışdır.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundova iştirak edir.
Forum çərçivəsində müasir dövlət quruculuğu, dünyanın müxtəlifliyi, Qazaxıstanın sosial modernləşməsi və s. mövzularda sessiyalar təşkil olunacaqdır.
E.Axundova “Siyasi rəhbərlikdən ümummilli liderliyə” mövzusunda çıxış edəcəkdir.
Forumda Qazaxıstanın və dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri, aparıcı ali təhsil ocaqlarının rəhbərləri iştirak edəcəklər.