MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ GÜRCÜSTAN PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün yanvarın 25-də Tbilisiyə yola düşəcəkdir.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Zəlimxan Yaqublu, İsmayıl Ömərov, Mübariz Qurbanlı, İlqar Qılıcov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildirlər.
Səfər müddətində Parlament sədrinin mərasimdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulmuşdur.
Səfər yanvarın 26-da başa çatacaqdır.