MİLLİ VERGİ SİYASƏTİNİN FORMALAŞMASINDA ULU ÖNDƏRİMİZİN BÖYÜK XİDMƏTLƏRİ YADA SALINMIŞDIR
Bakı Şəhər Vergilər Departamentində keçirilən konfransdan əvvəl vergi əməkdaşları departamentin binasında Heydər Əliyev muzeyinə baş çəkmişlər. Bu muzeydə vaxtilə dahi öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ilk qərargahı yerləşmiş, partiyanın yaradılmasının təşəbbüskarları ilə ümummilli liderin ilk görüşləri keçirilmişdir.
Tədbirlərdə çıxış edən natiqlər dahi öndərin milli vergi sisteminin formalaşmasında böyük xidmətlərindən danışmış, onun rəhbərliyi altında aparılan vergi islahatlarının həyata keçirilməsi mərhələlərini yenidən yada salmışlar. Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda müasir vergi xidmətinin formalaşmasına, onun qanunvericilik bazasının təkmilləşdirilməsinə xüsusi diqqət yetirir, islahatların əsas istiqamətlərini müəyyən edir, dəyərli tövsiyə və tapşırıqları ilə vergi xidmətinin işinin keyfiyyətini daim yüksəltməyə çalışırdı.
Bu gün Azərbaycan büdcəsinin əhəmiyyətli bir hissəsi vergi daxilolmalarının hesabına formalaşır. Vergi daxilolmalarının bir neçə il əvvəllə müqayisədə xeyli artması aparılan islahatların düzgün istiqamətdə olduğunu bir daha təsdiq edir. Bu islahatlar dahi öndərimizin verdiyi tövsiyələrə uyğun olaraq davam etdiriləcək, vergi xidməti işi daim çevik, dinamik və beynəlxalq standartlar əsasında qurulacaqdır.