Miqrasiya xidmətlərinin səyyar formada göstərilməsi işi davam etdirilir
Bakı, 15 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsinin əməkdaşları Sabirabad, Saatlı və Hacıqabul rayonlarında ahıl, səhhətində problem olan, aztəminatlı və ucqar ərazilərdə yaşayan vətəndaşlara səyyar xidmət göstəriblər.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Sabirabad şəhəri, Zalqarağac, Çöl Beşdəli, Çiçəkli, Qəzli kəndləri, Saatlı şəhəri, Mir Cəlal kəndi və Hacıqabul şəhərində ümumilikdə səkkiz ailəyə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə qərarlar təqdim edilib. İki nəfərə müvəqqəti, birinə isə daimi yaşama icazələrinin alınması ilə bağlı tələb edilən sənədlərin siyahısı verilib. Xidməti ərazidə yaşayan bir əcnəbiyə miqrasiya qanunvericiliyi izah edilərək ölkə ərazisində yaşamasını leqallaşdırmaq üçün lazımi tövsiyələr olunub. Səyyar xidmət göstərilmiş şəxslərə COVID-19 pandemiyası ilə əlaqədar DMX tərəfindən elektron müraciətlər sahəsindəki yeniliklər barədə məlumat verilib, insanların rahatlığı və məmnunluğunun təminatının prioritet istiqamətlərdən olduğu vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]