Misir polisi binanın həyətində ilan əti bişirən çinliləri həbs edib
Qahirə, 27 mart, AZƏRTAC
Qahirədə bir yaşayış binasının həyətində ilan ətindən yemək bişirən 5 nəfər Çin vətəndaşı sakinlərin şikayəti əsasında həbs edilib. Prokurorluq ölkənin yeni inzibati paytaxtında yaşayan çinlilərin həbsinə xəstəlik yaymaq ehtimalı əsasında sanksiya verib.
AZƏRTAC xəbər verir ki, Əl-Ahram qəzetinin xəbərində Misir sakinlərinin manqala düzülmüş ilanlardan dəhşətə gəldikləri və polisə ərizə ilə müraciət etdikləri bildirilir. Qahirə Baytarlıq İdarəsinin direktoru Seyid Obeyd bildirib ki, mütəxəssislər Çin vətəndaşlarının yedikləri bu ilanların nə dərəcədə zərərli olduğunu araşdırırlar.
Sosial şəbəkələrdə yayılan fotoşəkilə rəy yazanlar koronavirusun meydana gəlməsinin əsas səbəbinin bu cür qidalanma olduğunu qeyd ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]