Misir portalı: Azərbaycan Prezidenti cəbhədə yeni qələbələrin müjdəsini verib
Qahirə, 26 oktyabr, AZƏRTAC
Misirin geniş oxucu auditoriyasına malik olan “Egyptnewsonline” saytında “Azərbaycan Prezidenti cəbhədə yeni qələbələrin müjdəsini verib” sərlövhəli xəbər yayılıb.
AZƏRTAC-ın xəbərinə istinadla yerləşdirilmiş materialda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində oktyabrın 25-də Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]