Misir qəzeti işğalçı Ermənistanın məscidlərimizi təhqir etməsindən yazıb
Qahirə, 7 oktyabr, AZƏRTAC
Misirin “Sotbaladna” (“Ölkəmizin səsi”) qəzeti Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun işğalçı Ermənistanın Qarabağda məscidləri donuz fermasına çevirməsindən bəhs edən müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, müvafiq fotoşəkillərin də əlavə olunduğu müsahibədə qeyd artıq 30 ilə yaxındır Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altında saxlayan Ermənistanın tarixi-mədəni abidələri məhv, müqəddəs məscidlərimizi təhqir etdiyi qeyd olunub. Bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə mütəmadi olaraq məlumatlar çatdırılıb, KİV-lərdə ermənilərin bu çirkin əməlləri barədə çoxsaylı materiallar dərc edilib.
Müsahibədə qeyd olunub ki, Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan xalqının əsrlər boyu öz torpaqlarında yaratdığı, qurub tikdiyi tarixi, dini, mədəni abidələrin 30 ilə yaxındır ki, erməni cəlladları tərəfindən dağıdıldığını, ərazilərimizi işğaldan azad etdikdən sonra məscidlərimizi bərpa edəcəyimizi söyləyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə