Misirdə qaz kəmərində partlayış törədən 5 müttəhim barəsində ölüm hökmü çıxarılıb
Qahirə, 26 mart, AZƏRTAC
Misirdə Nil çayının mənsəbində yerləşən Dəmanhur şəhərinin cinayət məhkəməsi ötən ilin noyabrında qaz kəmərində partlayış törədən 5 müttəhim barəsində ölüm hökmü çıxarıb.
AZƏRTAC xəbər verir ki, həmin vaxt Beheyra vilayətinin Itay Əl-Barud qəsəbəsində güclü partlayış nəticəsində yanğın baş vermiş və nəticədə 9 nəfər həyatını itirmiş, 12 sakin yaralanmışdı. İnsident müttəhimlər qaz kəmərindən oğurluq edərkən olub.
Məhkəmə təqsirli bilinən daha beş nəfəri də ömürlük həbs cəzasına məhkum edib.
Müttəhimlər barəsində ölüm hökmünü Misirin Baş müftisi də təsdiq edib. Lakin Misir qanunlarına görə, ali ruhani şəxsin rəyinin qanuni qüvvəsi yoxdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]